...

Qubad İbadoğlu: " Rusiyada taxılın ixrac rüsumunun artması Azərbaycanda çörəyin qiymətinə təsir etməyəcək"

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2007 18:02 (UTC +04:00)
Qubad İbadoğlu: " Rusiyada taxılın ixrac rüsumunun artması Azərbaycanda çörəyin qiymətinə təsir etməyəcək"

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Rusiya hökumətinin mövsümi taxıl ixracı ilə bağlı rüsumu artırması ölkənin daxili bazarına təsir etməyəcək. Bunu cümə axşamı Iqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu söyləyib.

Son iki ay ərzində ölkədə çörəyin qiymətinin tədricən artması müşahidə olunur. Bir buxanka çörəyin orta qiyməti 0,20 manatdan 0,30 manata qədər artıb. Çörəyin çəkisi 0,5 kq-dan 0,35 kq-a qədər azalıb.

İbadoğlunun sözlərinə görə, nəzərə alınsa ki, Azərbaycanın taxıl alınmasında əsas tərəfdaşı Qazaxıstandır, Rusiyada taxıl ixracı rüsumunun 10 faiz artması Azərbaycanda çörəyin qiymətinə təsir etmir.

Azərbaycanın taxıla ümumi tələbatı ildə 3 mln. ton taxıl təşkil edir ki, bunun da 1 mln. tonu Rusiya, Qazaxıstan və Ukraynadan ixrac olunur.

Xəbər lenti

Xəbər lenti