...

Bakı metropoliteni "Bakı Soveti" metro stansiyası üçün yeni şəffaf girişin tikintisinə dair tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2007 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakı metropoliteni "Bakı Soveti" metro stansiyasının yuxarı vestibülünün sökülməsi və yerində yeni şəffaf vestibülün tikilməsinə dair tender elan edib. Bu barədə metropolitenin məlumatında bildirilir.

Tender bir lot üzrə keçirilir. İddia edənlər 2007-ci il oktyabrın 31-nə qədər tenderdə iştiraka dair ərizə, tenderdə iştirak haqqı və bank zəmanəti barədə sənəd təqdim etməlidirlər. Tender təkliflərinin açıqlanması 2007-ci il noyabrın 1-də baş tutacaq.

Bakı metropoliteni "Bakı Soveti" metro stansiyası üçün yeni giriş inşa etmək niyyətindədir. Bu? staysiyanın arxasında olan qala divarlarının qarşısının bağlanmaması məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti