...

Deputat: "2008-ci ildə Azərbaycanda inflyasiya 20% təşkil edəcək"

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2007 18:52 (UTC +04:00)
Deputat: "2008-ci ildə Azərbaycanda inflyasiya 20% təşkil edəcək"

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Çərşənbə günü deputat, parlamentin İqtisadi Siyasət Komissiyasının üzvü Vahid Əhmədovun verdiyi məlumata görə, 2008-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 20% təşkil edəcək.

Deputatın sözlərinə görə, ölkədə infiyasiyanın səviyyəsinə təsir göstərən amillərə dövlət büdcəsinin xərclərinin böyük həcmini, dünya bazarlarında neftin qiymətinin təsirini göstərmək olar və ilin sonuna qədər neftin qiymətinin bir barel üçün 100 dollara çatacağını və 2008-ci ildə elə bu səviyyədə qalacağını istisna etmək olmaz.

"2006-cı ildə dünya bazarında neftin bir barelinin qiyməti 50 dollar, 2007-ci ildə isə, 70 dollar təşkil edib. 2007-ci ildə olduğu kimi, 2008-ci ildə də daxili bazarda enerji daşıyıcılarının qiyməti və kommunal xərclərin artacağı gözlənilməsə də, dünya bazarında mövcud qiymətlərin təsirindən qaçmaq mümkün deyil" - deyə Əhmədov bildirib.

"Azərbaycanın neft və qaz istehsal edən ölkə olmasını və bu proseslərdə iştirak etdiyini nəzərə alsaq dünya bazaranda neftin mövcud qiymətinin ölkədəki infilyasiyaya təsiri qaçılmazdır" - deyə deputat bildirib.

2007-ci ilin yanvarında Azərbaycanın Tarif Şurasının qərarı ilə enerji daşıyıcılarının və kommunal ödənişlərin qiyməti artırılıb və bu infilyasiyanın 2006-cı ildə 11,4%-dən 2007-ci ilin əvvəlində 16,6%-ə qədər artmasına səbəb olub.

"Azərbaycanda inhisar problemi mövcuddur. Hökumətin inhisarın qarşısını almaq üçün müəyyən təbirlər görməsinə bxmayaraq hələ bir nəticə yoxdur" - deyə deputat qeyd edib. Problemlərdən biri də iri xarici investisiyanın axınıdır ki, bu axın əsasən dollarla daxil olur və nəticədə infilyasiyaya təsir göstərən böyük pul kütləsi meydana gəlir.

Beynəlxalq Valyuta Fondu 2008-ci ildə Azərbaycanda ÜDM artımını 2007-ci ildəki 29,3 faizə qarşı 23,3 faiz proqnozlaşdırır. BVF 2008-ci ildə Azərbaycanda inflyasiyanın 2007-ci ildəkki 16,6 faizə qarşı 17 faiz olacağını proqnozlaşdırır.

2008-ci ildə Azərbaycanın cari ödəmə balansının ÜDM-ə nisbətdə 2007-ci ildəki 31,4 faizə qarşı 39,9 faiz olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti