...

Rusiyada "Bakı-Tümen" sərnişin qatarına silahlı basqın olub, xəsarət alanlar var

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2007 15:06 (UTC +04:00)
Rusiyada "Bakı-Tümen" sərnişin qatarına silahlı basqın olub, xəsarət alanlar var

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Oktyabrın 26-da Kalmıkiya Respublikasının "Artezian" ("Şimali Qafqaz dəmir yolu") stansiyasında kəsici alətlərlə silahlanmış 60 -a dək şəxs "Bakı-Tümen" marşurutu ilə irəliləyən N373/374 saylı qatara basqın edib. Nəticədə 25 nəfər xəsarət alıb. Bu barədə Azərbaycan Dövlət Dəmir Yol İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədov məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlar arasında Azəbaycan Dövlət Dəmir Yol İdarəsinin işçiləri, nəqliyyat polisinin əməkdaşları, əsgərlər var.

Son məlumata görə, Gizlər stansiyasında (Dağıstan) tibbi məntəqəyə yerləşdirimiş 4 nəfərdən biri evə buraxılıb.

Azərbaycan Dövlət Dəmir Yol İdarəsinin rəhbərliyi "Rusiya Dəmir Yolu" MMC, "Şimali Qafqaz Dəmir Yolu" və Nəqliyyat Polisinə, baş verən insidentlə bağlı ciddi araşdırmalar aparmaq və müvafiq tədbirlər görmək tələbi ilə, müraciət edib.

Azərbaycan DİN-dən verilən məlumatda bidirilir ki, nazirliyə bu barədə məlumat daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti