...

Azərbaycanda əhalinin sınaq məqsədilə siyahıya alınacağı rayon müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2007 15:53 (UTC +04:00)
Azərbaycanda əhalinin sınaq məqsədilə  siyahıya alınacağı rayon müəyyənləşib

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın Dövlət Statistika Komitəsi 2008-ci ildə Şamaxı rayonunda əhalinin sınaq məqsədilə siyahıyaalınmasını həyata keçirməyi planlaşdırır. Bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bazar ertəsi keçirilən məbuat konfransında bildirib.

Seçim zamanı üstünlük Şamaxı rayonuna verilib ki, bu da rayonun ərazisində şəhər, kənd, dağlar və düzənliklərin olması ilə izah olunur. Bu, siyahıyaalma zamanı yarancaq problemləri aradan qaldırmağa imkan verəcək. Əhalinin ümumrespublika siyahıyaalınmasının 2009-cu ildə həyata keçiriləcəyi gözlənilir.

Vəliyevin fikrincə, əsas problem şəhər təsərrüfatının qaydaya salınmasıdır. "Təəssüf ki, bu gün bu proseslə (küçələrin adlarının və evlərin nömrələrinin göstərilməsi) heç bir orqan məşğul olmur. Bəzi icra başçıları fikirləşirlər ki, bu, yalnız siyahıyaalınma üçün lazımdır və bu səbəbdən də, şəhər təsərrüfatı sonuncu dəfə 1999-cu ildə qaydaya salınıb" - deyə Vəliyev bildirib.

Lakin Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev icra orqanlarına 2008-ci il iyulun 1- dək evlərin nömrələnməsini və küçələrin adlarının göstərilməsi işlərini tamamlamaq barədə göstəriş verib.

Hazırda tikintinin geniş vüsət alması ilə əlaqədar olaraq, evlərin köhnə nömrələri artıq gərəksizdir. Nömrələnmənin qaydaya salınması siyahıyaalma zamanı dəqiqliyi təmin etmək üçün mühümdür. Siyahıyaalınma zamanı rayonların ərazisi siyahıya alınma məntəqələrinə bölünür və nömrələrin olmadığı təqdirdə, təsərrüfatlar qeydə alınmaya və ya bir təsərrüfat iki dəfə qeydə alına bilər.

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti şəhər və iri kəndlərin planlarının tərtib edilməsinə başlamalıdır, lakin bu proses evlərin nömrələrinin olmaması üzündən ləngiyir. Nazirlər Kabinetinin təsdiq etdiyi, 2008-ci il martın 1- dək nəzərdə tutulmuş tədbirlərə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti şəhərlərin, qəsəbələrin və kəndlərin sxem- planını hazırlamalıdır. Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsi isə, dövlət büdcəsindən ayrılmış vəsait hesabına, rayonların 1:100000 miqyasında sxem-planını hazırlamalıdır.

Vəliyevin sözlərinə görə, əhalinin siyahıya alınmasına çəkilən xərclər 1999-cu ildə aparılan siyahayaalmaya çəkilən xərclərdən çox olacaq. Əvvəlki siyahıyaalma 2,5 mln. dollara başa gəlib, belə ki, 1999-cu ildə Azərbaycan əhalsi 7,9 mln. nəfər təşkil edib, 2009-cu ildə isə, əhalinin sayı 8,7 mln. nəfərədək arta bilər.

Xərclərin artımının daha bir səbəbi isə, siyahıyaalma çərçivəsində, mövcud məsələlərin sayının 17-dən 25-26-ya qədər artmasıdır. Bununla əlaqədar, məlumatların toplanması ilə məşğul olan insanların üzərinə daha çox yük düşəcək. "İnsanları bu qədər yükləmək olmaz, belə ki, həmin insanlar hesablamanın öhdəsindən gələ bilməzlər. Əgər 1999-cı ildə məlumatların toplanması ilə məşğul olan hər bir nəfərə 450 nəfət düşürdüsə, indi bu göstəricini 400-ə endirmək lazım gələcək" - deyə Vəliyev bildirib.

"Siyahıyaalmaya çəkilən xərclər, təxminən, 3-4 mln. dollar civarında olacaq. Proses 2009-cu il aprelin 12-də başlanacaq" - deyə Vəliyev bildirib.

Dövlət Komitəsinin məlumatına görə, 2007-ci il, oktyabır 1-nə Azərbaycan əhalisi 0,8% artaraq, 8 603 min təşkil edib. Bunun 4 239,7 mini kişi, 4363,3 mini qadındır.

Xəbər lenti

Xəbər lenti