Azərbaycan, Bakı Trend , müxbir A.Bədəlova/ Çərşənbə günü Bakıda Azərbaycan və Türkiyə Sahibkarlar Konfederasiyaları arasında iqtisadi və sosial sahədə əməkdaşlıq haqda Bəyannamə imzalanıb.
Bəyannamə Azərbaycan Milli Sahibkarlar və Türkiyə Sahibkarlar Konfederasiyaları arasında informasiya əlaqələrinin, iki ölkə Konfederasiyaları arasında əməkdaşlığın genişlənməsi və biznes-təcrübələrin mübadiləsi haqdadır.
Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının başçısı Ələkbər Məmmədovun sözlərinə görə, bu Bəyannamə çərçivəsində, təcrübə mübadiləsi məqsədilə, Azərbaycan sahibkarlarının Türkiyəyə səfəri və Türkiyə sahibkarlarının Azərbaycanda biznes əlaqələrinin qurulması gözlənilir.
Bəyannəmənin imzalanmasında məqsəd iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi olub. Məmmədov deyib ki, başqa bir məqsəd - tərəflərin beynəlxalq arenada, xüsusən, Beynəlxalq Əmək Təşkilatı kimi müxtəlif beynəlxalq təşkilatlar arasında dəstəklənməsidir.