...

Fransa bankı Azərbaycanın iki regionunda hava limanlarının naviqvasiya sisteminin modernləşdirilməsini maliyyələşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2007 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Cümə axşamı ölkənin iqtisadi inkişaf nazirliyindən verilən məlumata görə, Fransanın "Nateksis" Bankı "Gəncə şəhəri və Naxçıvan Muxtar Respublikasında hava limanlarının aeronaviqasiya sisteminin modernləşdirilməsi" Layihəsi çərçivəsində Azərbaycan Hökumətinə 14, 88 milyon avro məbləğində kredit ayıracaq.

Noyabrın 14-də iqtisadi inkişaf nazirliyində Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında "Maliyyə Protokolu" imzalanıb. Sənədi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Heydər Babayev, Fransa tərəfdən, bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bernar Amodrik dü Şafo imzalayıb.

Layihənin əsas məqsədi Gəncə şəhəri və Naxçıvan MR-in hava limanlarında hava nəqliyyatının idarə edilməsi sistemlərinin müasir radiolokasiya, rabitə və proqram təminatı ilə təchiz olunmasıdır.

Fransanın ən iri banklarından biri olan "Nateksis" Bankı dünyanın 71 ölkəsində fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti