...

Bakı-Tbilisi-Qars dəmir yolunun bir hissəsini Azərbaycan şirkəti tikəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2007 13:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxalia/ Azərbaycanın "Azərinşaat Servis" şirkəti Katsaxi-Axalkalaki dəmir yolunun 30 km hissəsinin tikintisi üzrə keçirilən beynəlxalq tenderdə qalib gəlib. "Gürcüstan dəmir yolu" MMC-dən Trend ə verilən məlumata görə, tenderdə həmçinin Gürcüstan və Türkiyə şirkətləri də iştirak edib. Lakin Azərbaycan şirkəti tərəfindən təqdim olunan təklif daha məqbul hesab olunub.

Azərbaycan şirkəti ilə müqavilə yaxın günlərdə, tenderin şərtlərinə müvafiq olaraq 30 gün ərzində şirkət qeyd olunan sahədə infrstrukturun qurulması, o cümlədən 1,2 km-lıq tunel və Kartsxaliyada dəmir yolu stansiyasının tikilməsini nəzərdə tutan tikinti işlərinə başlayandan sonra imzalanacaq. Azərbaycan şirkəti işləri 2009-cu il 1 oktyabr tarixindən gec bitirməməlidir.

2007-ci il fevralın 7-də Gürcüstan, Türkiyə, Azərbaycan Bakı-Tbilisi- Axalkalaki-Qars dəmir yolunun tikintisinə dair memorandum imzalayıb.

422 mln. dollar dəyərində qiymətləndirilən layihə, həmçinin Tbilisi-Axalkalaki dəmir yolu hissəsinin təmiri və 98 km uzunluğunda olan və 68 km Türkiyə, 30 km isə Gürcüstan ərazisinə aid Qars-Axalkalaki dəmir yolu hissəsinin tikintisini özündə birləşdirir.

Trend ə məlum olduğuna görə, noyabrın 21-22-də Azərbaycan prezidenti İlham Əliyevin, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın gəlişi gözlənilən Qars-Axalkalaki-Tbilisi dəmir yolunun Gürcüstan hissəsinin tikintisinin açılış mərasimi planlaşdırılır. Burada onları Gürcüstan prezidenti Mixail Saakaşvili qarşılayacaq.

Yolun Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan bu ölkəyə 200 mln. dollar ayırıb.

Xəbər lenti

Xəbər lenti