...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2007 15:07 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan,Bakı/ Trend , müxbir İ.Xəlilova /Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0004 bənd möhkəmlənib (0,04 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0, 84812 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi noyabrın 12-13-də (1 ABŞ dolları üçün 0, 8483manat), minimum isə noyabrın 16-da-də (1 ABŞ dollarına 0, 8479 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
5 noyabr 0,8488 12noyabr 0,8483
6 noyabr 0,8488 13noyabr 0,8483
7 noyabr 0,8487 14noyabr 0,8481
8 noyabr 0,8485 15noyabr 0,8480
9 noyabr 0,8484 16noyabr 0,8479
Həftə ərzində orta 0,84864 Həftə ərzində orta 0,84812

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0008 bənd (0,08 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0, 84676 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi noyabrın 12-də(1 ABŞ dollarına 0, 0,8472 manat), minimum isə noyabrın 16-da (1 ABŞ dollarına 0, 0,8464 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): noyabrın 12-də sövdələşmələ həyata keçirilməyib, lakin məzənnə 0,8472AZN/USD səviyyəsində formalaşdırılıb, noyabrın 13-də - 0,8470 AZN/USD məzənnəsi ilə $19,723 mln., noyabrın 14-də - 0,8466 AZN/USD məzənnəsi ilə $6,382 mln., noyabrın 15-də- 0,8466 AZN/USD məzənnəsi ilə $5,615 mln., noyabrın 16-da - 0,8464 AZN/USD məzənnəsi ilə $7,661 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
5 noyabr 0,8488 12noyabr 0,8483
6 noyabr 0,8488 13noyabr 0,8483
7 noyabr 0,8487 14noyabr 0,8481
8 noyabr 0,8485 15noyabr 0,8480
9 noyabr 0,8484 16noyabr 0,8479
Həftə ərzində orta 0,84864 Həftə ərzində orta 0,84812
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
5 noyabr 0,8479 12noyabr 0,8472
6 noyabr 0,8478 13noyabr 0,8470
7 noyabr 0,8483 14noyabr 0,8466
8 noyabr 0,8473 15noyabr 0,8466
9 noyabr 0,8472 16noyabr 0,8464
Həftə ərzində orta 0,8477 Həftə ərzində orta 0,84676

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

EUR/AZN T+0 aləti üzrə 513 446 manat məbləğində iki sövdələşmə imzalanıb. Bu alət üzrə noyabrın 14-də 497 280 manata bərabər həcm qeydə alınıb, ortaçəkili məzənnə isə 1 EUR üçün 1,2429 manat təşkil edib. noyabrın 16-da 16 166 manata bərabər həcm qeydə alınıb, orta çəkili məzənnə isə 1 EUR üçün 1,2435 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti