...

Bakı-Tbilisi-Qars dəmir yolu "Böyük ipək yolu" tarixi marşrutunu bərpa edəcək – Türkiyə prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2007 14:55 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolu "Böyük ipək yolu" tarixi marşrutunu bərpa edəcək – Türkiyə prezidenti

Gürcüstan, Tbilisi / Trend müxbir S.Ağayeva/ Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üzrə layihənin reallaşdırılması "Böyük ipək yolu" tarixi marşrutunu bərpa edəcək. Bu barədə çərşənbə günü Gürcüstanda Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat sistemlərini birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin təməl qoyma mərasimində çıxış edən Türkiyə prezidenti Abdulla Gül bildirib.

"İnanıram ki, layihənin reallaşdırılması hər üç ölkə əhalisinin sosial səviyyəsini yüksəldəcək və ölkələrimiz arasında mövcud olan əməkdaşlığı daha da möhkəmləndirəcək" - deyə Gül bildirib.

Onun sözlərinə görə, layihənin reallaşdırılmasından nəinki Gürcüstan, Azərbaycan və Türkiyə, həmçinin regionun digər ölkələri də yararlanacaq.

"Regionda sülh yarandığı zaman, heç bir ölkə bizim birgə həyata keçirdiyimiz layihələrdən kənarda qalmayacaq. Biz digər ölkələri birgə layihələrimizdən uzaqlaşdırmaq niyyətində deyilik. Onlar da, həmçinin əhalinin sosial səviyyəsini yüksəltmək üçün layihədən yararlana bilərlər" - deyə Gül vurğulayıb.

O bildirib ki, Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə ildə 10 mln. ton yük nəql etmək niyyətini ifadə edib.

Dəmir yolunun Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan bu ölkənin "Marabda-Karsi dəmir yolu" MMC-yə 25 il müddətinə ildə bir faizlə 200 mln. dollar kredit ayıracaq. Azərbaycan Beynəlxalq Bankı bu günlərdə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisi üzrə layihə operatoru "Marabda-Karsi dəmir yolu" MMC-yə birinci kredit tranşını ayıracaq. Birinci kredit tranşının ümumi həcmi 40 mln. dollar təşkil edəcək.

Bu vəsaitlə Gürcüstan ərazisində 29 km uzunluğunda yeni dəmir yolu tikiləcək, Türkiyə ilə sərhəddə isə qoşa təkərin dəyişdirilməsi üzrə məntəqə tikiləcək, həmçinin köhnə yol yenidən qurulacaq.

Azərbaycan, Gürcüstan və Türkiyə fevralda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üzrə yekun sənəd imzalayıblar.

Xəbər lenti

Xəbər lenti