...

"Bakı-Tbilisi-Qars" dəmir yolunun tikintisi layihəsi geosiyasi inqilabdır- Gürcüstan pezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2007 16:56 (UTC +04:00)
"Bakı-Tbilisi-Qars" dəmir yolunun tikintisi layihəsi geosiyasi inqilabdır- Gürcüstan pezidenti

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Çərşənbə günü Marabdada "Bakı-Tbilisi-Qars" dəmir yolunun təməlqoyma mərasimində Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib ki, Bakı -Tbilisi -Qars" dəmir yolunun tikintisi layihəsinin reallaşması Gürcüstana nəqliyyat böhranından çıxmağa imkan verəcək və Avropa ilə rabitəsizliyə son qoyacaq.

"Mən çox həyəcanlıyam, çünki bu gün Gürcustan üçün tarixi gündür, biz bu gün dəmir yolunun tikintisinin təməlini qoyuruq, bu, Əsrin layihəsidir, bu layihə Bosfor tuneli və Tbilisi vasitəsilə Gürcüstan və Avropanı birləşdirəcək, Paris, London, Budapeşt, digər tərəfdən, Bakı ilə birbaşa əlaqə yaratmağa imkan verəcək. Xəzər vasitəsilə Asiya ölkələri ilə əlaqə saxlamaq da mümkün olacaq " - deyə prezident bildirib.

Gürcüstan prezidenti qeyd edib ki, abxaz münaqişəsindən sonra Gürcüstan üçün Rusiya ərazisindən Avropaya yol bağlanıb.

"Bu gün biz daha təhlükəsiz və vacib yol əldə edirik, Avropaya pəncərə açırıq" - deyə prezident qeyd edib.

"Mənim prezident vəzifəsini icra etdiyim ilk gündən, biz bu layihə üzərində işləmişik, heç də hamı buna inanmırdı, lakin bu, reallıqdır. Gürcüstan üçün bu, minlərlə insanın işlə təmin olunması deyil, eləcə də, bu vaxta qədər bağlı olan regionlarla rabitənin qurulması deməkdir. Biz ümid edirik ki, yeni sərmayələr yatırılacaq və bu o deməkdir ki, Çin malları Avropaya Gürcüstandan keçməklə gedəcək. Bu, Azərbaycanın Gürcüstanla və Türkiyə vasitəsilə Avropa ilə birləşməsi deməkdir" - deyə Saakaşvili bildirib.

Gürcüstan prezidenti bu layihənin rellaşmasını "geosiyasi inqilab" adlandırıb.

"Biz bunu Azərbaycan və Türkiyə xalqı ilə birlikdə qarşılıqlı anlaşma, qardaşlıq şəraitində edirik. Bizim Tbilisidə qatarda yuxuya gedəcəyimiz, İstanbulda oyanacağımız gün yaxındadır. Gürcüstan təkcə mədəni baxımdan deyil, coğrafi və nəqliyyat baxımından da Avropanın bir hissəsinə çevrilir" - deyə prezident bildirib.

Saakaşvili dəmir yolunun planlaşdırıldığından daha tez tikiləcəyinə əmin olduğunu bildirib.

"Ümid edirəm ki, ikinci pezidentlik dövrümdə, mən Avropaya yola düşəcək ilk qatarın ilk sərnişini olacağam" - deyə prezident vurğulayıb.

Xəbər lenti

Xəbər lenti