...

Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması üçün ilkin ərazi müəyyən olunub– nazir(video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2007 17:01 (UTC +04:00)
Azərbaycanda xüsusi iqtisadi zonaların  yaradılması üçün ilkin ərazi müəyyən olunub– nazir(video)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Çərşənbə günü iqtsadi inkişaf naziri Heydər Babayev Azərbaycanda xüsusi iqtisadi zonaların (XİZ) yaradılması üçün ilkin olaraq, Ələt qəsəbəsi yaxınlığındakı ərazinin nəzərdə tutulduğunu bildirib.

"Biz ilk iqtisadi zonanın yaradılması üçün yeri müəyyən etmişik və təklifimiz baxılmaq üçün Prezident Aparatı və Nazirlər Kabinetinə göndərilib. Təklif etdiyimiz iqtisadi zona, əsasən, limanın fəaliyyətilə əlaqədar olacaq. Müəyyən olunan yer, müvafiq olaraq, limanın yaxınlığında olmalıdır" - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, bu zonada liman və gəmiqayırma zavodunun tikintisi, həmçinin, xarici investisiyalar hesabına digər işlərin aparılması planlaşdırılır.

Ölkənin Nazirlər Kabinetində baxılmaqda olan "Xüsusi iqtisadi zonalara dair" qanun layihəsində istehsal, infrastruktur, innovasiya və qarışıq zonaların, azad ticarət zonasının yaradılması da nəzərdə tultulub.

Sistemin münasibliyi baxımından, sənəddə digər XİZ-lərin yaradılmasının mümkünlüyü də göstərilib.

Xəbər lenti

Xəbər lenti