...

Azərbaycan üçün viza blanklarının hazırlanmasına dair müqavilə baş ofislə razılaşdırılmaq üçün Britaniya şirkətinə təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın maliyyə naziri Azərbaycana gələn xarici vətəndaşlar üçün 500 min ədəd viza blankının hazırlanması ilə bağlı tenderin qalibinə - Britaniyanın "Optaglio" şirkətinə razılaşdırılmaq üçün müqavilə layihəsi təqdim edib. Bu barədə Maliyyə nazirliyindən verilən məlumata deyilir.

Müqavilə şərtlərinin London ofisi ilə razılaşdırılması və şirkət adından müqaviləni imzalayacaq şəxsin təyin edilməsi ilə əlaqədar olaraq, müqavilənin imzalanması gələn həftəyə qədər təxirə salınıb.

Tender iştirakçılarının təkliflərinin qiymətləndirməsi ləngidiyindən (tender sentyabrın 18-də baş tutub), Maliyyə Nazirliyi sifarişin respublikaya vaxtında çatdırılmasında maraqlıdır. Müqavilədə viza blanklarının 60 gün ərzində hazırlanaraq ölkəyə çatdırılmasınəzərdə tutulub. "Optaglio" təklifi üzrə sifarişin dəyəri 199 min avro məbləğində qiymətləndirilir.

5 şirkətin iştirak etdiyi tenderdə ikinci yeri Porlşanın "Qiymətli kağızlar fabriki" tutub ki, bu şirkət110 gün ərzində hazırlayacağı blanklar üçün 345 min avro təklif edib. Üçüncü yeri tutan Ukraynanın "Poliqrafiya kombinatı" blankların 16-17 həftə ərzində 450 min dollar dəyərində hazırlanmasını nəzərdə tutur.

Tenderdə Litvanın "Carsu Pasarlius" və Estoniyanın "Vaba Maa" şirkətləri də iştirak edib.

Tenderin şərtlərinə əsasən, viza blankları müdafiə elementlərinə malik olmalı, dünya standartlarına cavab verən kağızdan hazırlanmalıdır.

Xəbər lenti

Xəbər lenti