...

Azərbaycanın lizinq şirkəti "AGLeasing" biznes sahəsində "İlin Şirkəti" milli mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2007 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı /" TrendCap " müxbir Ü.İsmayılova/ Azərbaycanın lizinq şirkəti "AGLeasing" 2007-ci ildə əldə etdiyi uğurlara görə "Lizinq" nominasiyasında biznes sahəsində verilən "İlin Şirkəti" milli mükafatına layiq görülüb. Nüfuzlu "Consultıng & Busıness" jurnalının təsis etdiyi bu mükafat, hər il Azərbaycanın lizinq sahəsində ən yaxşı şirkətinə verilir. Bu barədə şirkətin cümə günü yayılan məlumatında bildirilir.

"AGLeasing" səhmdar lizinq şirkəti 2005-ci ilin əvvəlində yaranıb. Hazırda şirkətin nizamnamə kapitalı 1 milyon AZN təşkil edir. Şirkətin səhmdarları arasında "AGBank" ASC kimi yerli şirkətlər olduğu kimi, xarici investorlar da yer alır. Yarandığı gündən "AGLeasing" çox qısa bir zaman ərzində ölkənin lizinq bazarında çox böyük nailiyyətlərə imza ataraq, bu gün aparıcı lizinq şirkətlərindən birinə çevrilib.

"AGLeasing" çox sərfəli şərtlərlə və minimal formallıqla - istehsal, tikinti, nəqliyyat, tibbi və d. təyinatlı avadanlıqların alınması və lizinqə verilməsi sahəsində xidmətlər təklif edir.

Hüquqi şəxslərlə yanaşı, şirkətin müştəriləri arasında fiziki şəxslər - sahibkarlar da var. Şirkətin əsas məqsədi - müştərilərinə öz işlərində daha böyük uğurlar qazanmaqda yardımçı olmaqdır. "AGLeasing"in lizinq sahəsində göstərdiyi xidmətlər, potensial lizinq alanlara biznes hədəflərini daha effektiv həyata keçirmək üçün imkanlar yaradır.

"AGLeasing" şirkətinin şüarı - "Lizinq - çox sadədir! Yararlanın və biznesinizi bizimlə birgə inkişaf etdirin". Şübhəsiz, "İlin Lizinq Şirkəti" mükafatının təqdimatı, "AGLeasing"in ölkənin ən yaxşı lizinq şirkətlərindən biri olduğunu bir daha təsdiq edib.

Xəbər lenti

Xəbər lenti