...

Bakı Fond Birjasında QDİ -nın yerləşdirilməsi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2007 19:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 07 dekabr 2007-ci ildə, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10500417S saylı dövlət qeydiyyatından keçən qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə birjanın cümə günü yaydığı məlumatda bildirilib.Hərracın bir iştirakçısı tərəfindən verilən sifarişin həcmi nominal üzrə 4 112 200 AZN təşkil edib. Sifariş 92.11% (gəlirlik 10.49%) qiymətdə təqdim edilib. Maliyyə Nazirliyi tərəfindən kəsmə qiymət - 92.11% (gəlirlik 10.49%) orta ölçülmüş qiymət - 92.11% (gəlirlik 10.49%) səviyyəsində müəyyən edilib. Orta ölçülmüş qiymət 92.89% (gəlirlik 10.50 faiz) təşkil edib. İstiqrazların nominal üzrə müəyyənləşdirilən həcmi 4 112 200 AZN təşkil edib. İstiqrazların son ödəmə tarixi 2008-ci il avqustun 29-dur.

Xəbər lenti

Xəbər lenti