...

Qazaxıstanda qeydə alınan sibir xorası Azərbaycan üçün təhlükə törətmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Bu ölkədən ət məhsulları idxal edilmədiyi üçün Qazaxıstanda iribuynuzlu mal-qaranın sibir xorasına yoluxması Azərbaycan üçün təhlükə törətmir. Bu barədə Azərbaycan Kənd Təsərrüfaı Nazirliyi Dövlət Veterinar Xidmətindən məlumat veriblər. "Bizim bu sahədə əməkdaşlığımız olmadığı üçün (Qazaxıstanla) qorxulu heç bir şey yoxdur" - dövlət xidmətindən bildiriblər. İdarədən Azərbaycanda bu xəstəliyin yaranma ocaqlarının Bərdə, Şəmkir və Mingəçevir yaxınlığında olduğunu bildiriblər. Hər il bu xəstəliyin yaranmasının qarşısını almaq üçün ölkədə mal-qaranın vaksinasiyası aparılır. "Bu gün Azərbaycanda epizootik vəziyyət neytral kimi qiymətləndirilir" dövlət xidmətindən bildiriblər. Qazaxıstanın FHN-i bu həftə ölkənin Qərbi-Qazaxstan vilayətində iribuynuzlu mal-qara arasında bu xəstəliyin qeyd olunması barədə məlumat verib. FHN-in məlumatına görə, Qərbi Qazaxıstan vilayətinin Jimpitı Sırımsk rayonunun kəndində "iribuynuzlu mal-qara arasında sibir xorası xəstəliyinin qeyd edilməsi ilə bağlı karantin" elan edilib. "Rayonda mal-qaranın kəsilməsi, ət daşınması, bu məhsulları satan dükanlar üzrəində ciddi nəzarət qoyulub. Vilayət mərkəzində Uralsk şəhərindən gələn mütəxəssislər immunprofilaktik və dezinfeksiya işləri aparırlar" - vilayətin Dövlət Sanitar-Epidemioloji Nəzarət Departamentindən İTAR-TASS-a bildiriblər.

Xəbər lenti

Xəbər lenti