...

Bakı Banklararası Valyuta Birjası dekabrın 11-nə olan ticarət sessiyalarının nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2007 19:37 (UTC +04:00)

Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, dekabr 11-də USD/AZN ortaölçülü məzənnəsi, hər ABŞ dollarına görə, 0,8448 AZN təşkil edib. Bu barədə birjanın çərşənbə axşamı yaydığı məlumatda bildirilir. BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8454 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb. BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 904 341 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8448 AZN təşkil edib. Hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $1 070 000 ABŞ dolları və ya 904 341 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 356 666 ABŞ dolları düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,31%, ABŞ dolları üzrə isə illik 16,06% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti