...

Noyabrda Azərbaycanda ərzaq yağının qiyməti 10 fazidən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2007 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Noyabrda Azərbaycanda ərzaq mallarının qiyməti 4.85 faiz artıb. Bu barədə cümə axşamı mətbuat konfransında İqtisadi Araşdırmalar Mərkəzi QHT-nin rəhbəri Qubad İbadoğlu məlumat verib. İbadoğlunun sözlərinə görə, çörək və un məmulatları - 2.21faiz, ət - 3.14 faiz, süd - 4.37 faiz, ərzaq yağı - 11.27 faiz, meyvə-tərəvəz - 7.91 faiz, şəkər tozu, çay və ədviyyatlar -4.17 faiz, içkilər və tütün -1.05 faiz bahalaşıb. Mərkəzin hesablamalarına görə, noyabrda qeyri-ərzaq mallarının qiymətləri 2.68 faiz artıb. Geyimlərin qiymətləri - 4.24 faiz, tikinti materialları - 4.53 faiz, təsərrüfat malları - 1.62 faiz bahalaşıb. Xidmətlərin qiymətləri noyabrda 0.97 faiz artıb.

Xəbər lenti

Xəbər lenti