...

Azərbaycan Biq-Mak indeksi üzrə ölkələrin reytinqində 18-ci yeri tutur - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2007 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ İqtisadi Araşdırmalar Mərkəzi QHT-nin rəhbəri Qubad İbadoğlunun cümə axşamı mətbuat konfransında verdiyi məlumata görə, Azərbaycan Biq-Mak indeksi üzrə ölkələrin reytinqində 18-ci yeri tutur.

Biq-Mak indeksi alıcılıq qabiliyyətinin paritetini müəyyən etmək üçün qeyri-rəsmi üsuldur. Biq-Mak ekspertlər tərəfindən iki səbəbdən etalon kimi istifadə olunur: McDonald's dünya ölkələrinin əksəriyyətində təmsil olunub, Biq-Maka isə kifayət qədər qidalı komponentlər (çörək, yağ və tərəvəzlər) daxildir və bu, Biq-Makı kənd təsərrüfatının universal modeli hesab etməyə imkan verir.

Azərbaycanda Biq-Makın qiyməti 2,95 dollar təşkil edir.

İbadoğlunun sözlərinə görə, ABŞ-dan sonra reytinq üçlüyünə Rusiya (1,85 dollar), Britaniya (3,39 dollar), Avrozona (3,82 dollar) daxildir.

Amerikada Biq-Makın qiyməti 3,22 dollar təşkil edir. Türkiyə Biq-Mak indeksinə tamamilə cavab verən (3,22 dollar) yeganə ölkədir.

Xəbər lenti

Xəbər lenti