...

Azərbaycanın Sığorta Şirkətləri Assosiasiyası Beynəlxalq Təşkilatlarla əməkdaşlıq üçün müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2007 20:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ " TrendCap " müxbir Ü.İsmayılova/ Azərbaycanın Sığorta Şirkətləri Assosiasiyası Alman İnkişaf Bankı KfW və Alman Texniki Yardım Cəmiyyəti GTZ ilə Azərbaycanın sığorta bazarının inkişafı sahəsində əməkdaşlıq etmək niyyətindədir. Bu barədə cümə axşamı Azərbaycan sığortaçıları Assosiasiyanın icraçı direktoru Hidayət Abdullayev bildirib. "Assosiasiya bu təşkilatların Azərbaycanın sığorta bazarında gücü çatan qədər iştirak edəcəyinə ümid edir"-Abdullayev bildirib. Azərbaycanın Sığorta Şirkətləri Assosiasiyası Ədliyyə Nazirliyində 2006-cı ilin dekabrında qeydiyyatdan keçib. Assosiasiyanın birinci iclası 2007-ci ilin iyununda keçirilib. İclasda İdarə heyətinin sədri, Müşahidə Şurası seçilib və yaxın illər üçün faəliyyət planı müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti