...

Azərbaycan avrobondları xarici kapital bazarları üçün cəlbedicidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2007 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Likvidliklərin dünya böhranının potensial xərcləri, Qazaxstan və Gürcüstandan fərqli olaraq, Azərbaycanın bank sisteminə təsir etməyib. Bu barədə cümə günü, ABB ilə birinci müqavilənin imzalanması mərasimində, Asiya İnkişaf Bankının kapital bazarlarında əməliyyatlar üzrə Divizionunun rəhbəri Vilyam Uilyams məlumat verib. Lakin o hesab edir ki, Qazaxstan və Gürcüstandakı böhranların Amerika ipoteka böhranına heç bir aidiyyatı yoxdur. Belə ki, kommersiya banklarından götürülən borclar avrobondların buraxılması ilə əlaqədar olub. Fondlanma mənbələri ilə səmərəli işləməkdənsə, bu banklar fəal surətdə xaricdən vəsaitlər cəlb etməyə davam ediblər. "Bununla avqust ayından Qazaxstan bankları üçün avrobondlar bazarı bağlı elan edilib və heç bir investor bu məhsullarda maraqlı deyil"-Uilyams bildirib. Onun rəyinə görə, Azərbaycanda vəziyyət fərqlidir. Azərbaycan bankları əhali ilə işləyir və buna görə, vəsaitlərin cəlb edilməsi, əsasən, daxili bazarda baş verir. O hesab edir ki, Azərbaycan avrobondları xarici kapital bazarları üçün cəlbedici olmaqda davam edir. "Əgər hazırki vəziyyətdə Azərbaycan Beynəlxalq Bankı istiqrazlar buraxsa, onların yerləşdirməsində problem olmayacaq. Belə ki, qonşu ölkələrdən fərqli olaraq, ölkə bazarı stabildir" -AİB-nin nümayəndəsi bildirib. Bununla yanaşı, o hesab edir ki, investorların bu alətə münasibəti dəyişdiyindən, avrobondların dəyəri baha olacaq. Belə ki, borc götürmənin bu yolu ən bahalı mənbə olaraq qalmaqda davam edir. Vəziyyət stabilləşəndən sonra tariflər ucuzlaşacaq və Azərbaycan avrobondları beynəlxalq kapital bazarında qəbul oluna biləcək şərtlərlə yerləşdiriləcək. Lakin bu, Qazaxstan və Gürcüstan bankları ilə çətin ki, baş versin. Belə ki, investorlar bu bazarlarda məyus olublar və onlarla işləməyə başlamamışdan əvvəl düşünürlər.

Xəbər lenti

Xəbər lenti