...

Ərazi vahidinin sxematik planları 2008-ci ildə hazır olacaq – A.Qaraşov

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2007 22:10 (UTC +04:00)

Azərbaycan, Bərdə / müxbir Trend Ş.Cəliloğlu/ Yevlaxda yeni inşa edilib istifadəyə verilən Daşınmaz əmlakın dövlət reesterinin Yevlax rayon ərazi idarəsinin binasının açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən Daşınmaz əmlakın dövlət reesteri xidmətinin rəisə Arif Qaraşov Trend aqentliyinin bölgə müxbirinə bildirib ki, əhalinin yenidən siyahıya alınma planına əsasən 249 yaşayış məntəqəsinin sxematik planının hazırlanması həyata keçirilir.

Artıq 171 ərazi vahidinin sxematik planı hazırlanıb, elektron bazalarda yerləşdirilib və Statistika komitəsinin yerli qurumlarına təqdim edilib.

Bu ilin sonuna qədər daha 11 ərazi vahidinin sxematik planı tərtib ediləcək. 2008-ci ilin mart ayının əvvəllərinə qədər isə son olaraq yerdə qalan ərazilərin sxematik planı hazırlanıb Dövlət statistika komitəsinə təhvil veriləcək.

A,Qaraşov onu da bildirib ki, sxematik planlar əvvəlki planlardan daha yaxşıdır. Əsas üstünlük ondan ibarətdir ki hazırlanmış plan istifadə üçün birdəfəlik yox, bundan gələcəkdə də istifadə etmək mümkün olacaq. Bu sxematik planlar həmçinin İcra hakimiyyətlərinin, təhsil, səhiyyə, rabitə, poçt xidmətləri, fövqəlada hallar və hüquq-mühafizə orqanları üçün daha əlverişli olacaq.

Yevlax rayon ərazi idarəsi həmçinin Ağdaş və Mingəçəvir şəhərlərini əhatə edir. A.Qaraşovun bildirdiyinə görə, bir neçə gündən sonra Şamaxı rayon ərazi idarəsinin binasının açılış mərasimi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti