...

Azərbaycanda tikintinin həcmi 50% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2007 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Yanvar-noyabr ayları ərzində Azərbaycanda 2165,1 mln. manat həcmində tikinti işləri aparılıb ki, bu da 2006-cı ilin eyni göstəricisi ilə müqayisədə 50,5% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Tikinti sektorunda göstərilən xidmətlərin ümumi həcminin 610,6 mln. manatı dövlət müəssisələrinin, 1554,5 mln. manatı isə özəl müəssisələrin payına düşür.

Tikinti işlərinin ümumi həcminin 1630,3 mln. manatı yeni tikililərin, bərpa va genişləndirmə işlərinin, 308,3 mln. manatı əsaslı təmirin, 108,3 mln. manatı cari təmirin, 118,2 mln. manatı digər tikinti işlərinin payına düşür.

Yanvar-noyabr ayları ərzində tikinti sahəsində çalışanların nominal, aylıq orta məvacibi 383,8 manat təşkil edib ki, bu da 2006-ci ilin eyni dövr göstəricisindən 101,1% çoxdur.

Xəbər lenti

Xəbər lenti