...

Azərbaycanın Əmək Nazirliyi qanunu pozan işə götürənlərin inzibati cəzalandırılmasını sərtləşdirmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2007 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend ,müxbir S.Babayeva/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunvericiliyi pozan şirkətlərə-işə götürənlərə qarşı inzibati cəzalandırmanı sərtləşdirməyi vacib hesab edir. Bu barədə çərşənbə günü nazir Fizuli Ələkbərov məlumat verib. "İşəgötürənlərin məsuliyyətini artırmaq üçün İnzibati Hüquq pozuntuları Kodeksində dəyişiklərlə bağlı təkliflər hazırlanıb" -nazir bildirib. Nazirliyin təkliflərində cərimələrin məbləğinin artırılması öz əksini tapıb. "Təkliflər təsdiqlənsə, cərimələr çox böyük olacaq"-o bildirib. Nazir təklif olunan cərimə məbləğinin miqdarını bildirməyib. Onun sözlərinə görə, hazırda hüquq pozuntuları üzrə çıxarılarkən şirkətlər-işəgötürənlərə qarşı tətbiq edilən məbləğ çox da böyük deyil. "100 manat heç bir effekt yaratmır və çox da böyük rəqəm deyil"-Ələkbərov bildirib. Nazirin rəyinə görə, cərimələr şirkətlərdən vəsait əldə etmək üçün deyil və bir məqsədi var - şirkətlər-işəgötürənlərə öz fəaliyyətlərinə görə məsuliyyət hiss etdirmək. Ələkbərov bildirib ki, təkliflər təsdiq olunduqdan sonra mənfi faktlar azalacaq. "Bu, sözsüz ki, problemlərin həllində böyük rol oynayacaq" -nazir bildirib.

Xəbər lenti

Xəbər lenti