...

Azərbaycan və Misir arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın iclası və biznes-forumun keçirlimə tarixi dəqiqləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2007 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova/ İqtisadi, elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Misir hökumətlərarası komissiyasının üçüncü iclası dekabrın 27-də Bakıda baş tutacaq. Bu barədə bazar ertəsi İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

İlk səfər dekabrın 2-dən 7-nə qədər nəzərdə tutulmuşdu. Lakin Misirin hökumət və biznes təmsilçilərindən ibarət nümayəndə heyətinin səfəri Misir tərəfinin təklifi ilə təxirə salınıb.

Misirin hökumət üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana üç günlük səfərlə gələcək.

Səfər proqramına biznes-forum və hökumətlərarası komissiya iclasının keçirilməsi daxildir. Bundan əlavə, Misir nümayəndə heyəti Abşeronda fəaliyyət göstərən müəssisələrlə tanış olmaq niyyətindədirlər.

Komissiyanın əvvəlki iclası 2005-ci ilin dekabrında Qahirədə baş tutub.

Hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri iqtisadi inkişaf naziri Heydər Babayev, Misir tərəfindən isə beynəlxalq əməkdaşlıq naziri Faiz Abu Əl Naqadır.

Yanvar-sentyabr ayları ərzində ölkələr arasında ümumi ticarət dövriyyəsi 1,727 mln. dollar təşkil edib. Belə ki, 1,688 mln. dollar idxal, 0,038 mln. dollar həcmində isə ixrac əməliyyatı həyata keçirilib. Mal namenklaturasında Misirdən Azərbaycan Respublikasına daşınan düyü, dərman preparatları, avadanlıq, mexanizm, yük avtomobilləri və rezin şinlər olub. Azərbaycandan isə Misirə tunel qazılması üçün maşına dair ehtiyat hissələləri, xalça, mebel, yataq dəstləri göndərilib.

Xəbər lenti

Xəbər lenti