...

Samux rayonunda yeni avtobuslar istismara buraxılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2007 20:31 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V. Məmmədov/ Samux rayonunda kəndlərə işləyən sərnişindaşıyan avtobuslar yeniləri ilə əvəz olunur. Bu barədə "Samux Avtonəqiliyyat" Açıq Səhmdar Cəmiyyətinin sədri Bayram Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq rayonun 3 kəndinin avtobusları yeniləri ilə əvəzlənib. Samux rayonunda 18 kənd var və burada 18 marşrut xətti fəaliyyət göstərir. Marşrutlar, əsasən, Gəncə ilə rayonun kəndləri arasında işləyir. Gediş haqqı, yolun uzunluğundan aslı olaraq, 20 qəpikdən 2 manat 50 qəpik arasıdır. Məmmədovun bildirdirdiynə görə, 3 PAZ markalı yeni avtobusun hər birinin qiyməti 19 min ABŞ dolları məbləğindədir. Gələn il rayonun daha bir neçə kəndinin avtobusları yeniləri ilə əvəz olunacaq. "2008-ci ildə Dünya Bankı sahibkarlara kerditlər verməlidir. Əgər biz kifayət qədər kredit götürsək, daha 7 kəndin avtobuslarını yeniləri ilə əvəzləyəcəyik" - deyən Məmmədov hazırda istifadədə olan Paz markalı avtobusların istismar müddətini başa vurduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti