...

Azərbaycanda daxili aviadaşımaların tarifləri artırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2007 19:27 (UTC +04:00)
Azərbaycanda daxili aviadaşımaların tarifləri artırılıb

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova, S.Əliyev/ Azərbaycanın Tarif Şurasının qərarı ilə. 2008-ci il yanvarın 1-dən daxili aviareyslərə biletlərin qiyməti dəyişdiriləcək. Bakı -Naxçıvan -Bakı, Gəncə -Naxçıvan -Gəncə, Bakı-Gəncə-Bakı, Bakı-Lənkəran-Bakı, və Bakı-Zaqatala-Bakı reysləri üzrə (bir istiqamət üzrə) tariflər müvafiq olaraq 95 manat, 39 manat, 56 manat, 41 və 52 manat səviyyəsində, yükün, poçtun və normativdən artıq baqajın daşınması üçün tariflərsə, hər bir kiloqram üçün 30 qəpik səviyyəsində təsdiq olunub. Tarif Şurası tərəfindən hava nəqliyyatının Muxtar Respublika ilə ölkənin digər əraziləri arasında əsas nəqliyyat növü olduğu və blokada şəraitində olan Naxçıvana sərnişindaşıma tariflərinə güzəştlərin tətbiqi ilə əlaqədar, Nazirlər Kabinetinə müraciət edilməsi barədə qərar qəbul olunub. Tarif Şurasının məlumatında yerli hava xətlərində tətbiq olunan tariflərin son 10 il ərzində dəyişdirilmədiyi bildirilir. Bu səbəbdən, AZAL Dövlət Konserni daxili reysləri zərərlə yerinə yetirirdi. Reyslərin zərərlə işləməsi maliyyə çətinlikləri ilə yanaşı, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasına uçuşların vaxtında və keyfiyyətlə yerinə yetirilməsində də problemlər yaradırdı.

Xəbər lenti

Xəbər lenti