...

Pis hava şəraiti səbəbindən Naxçıvana uçuşlar dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2008 12:40 (UTC +04:00)
Pis hava şəraiti səbəbindən Naxçıvana uçuşlar dayandırılıb

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Pis hava şəraiti səbəbindən Naxçıvan Muxtar Respublikasında (NMR) Naxçıvan şəhər aeroportu reysləri qəbul etmir. Bu barədə bazar ertəsi AZAL Dövlət Konsernindən ("Azərbaycan hava yolları") məlumat verilib.

Konsern nümayəndələrinn sözlərinə görə, ümumilikdə sutka ərzində Naxçıvana 6 reys həyata keçirilir. Bu gün səhər 08:00-da Muxtar Respublikaya planlaşdırılan birinci reys təxirə salınıb. Qrafik üzrə ikinci reys 12.00 - a təyin edilməli idi. Lakin çox guman ki, o da təxirə salınacaq.

Uçuşlar Naxçıvanda hava şəraiti stabilləşdikdən sonra bərpa olunacaq.

NMR Azərbaycan-Ermənistan, Dağlıq qarabağ münaqişəsi nəticəsində blokada vəziyyətinə düşüb. NMR ilə əsas əlaqə hava vasitəsilədir.

Xəbər lenti

Xəbər lenti