...

Azərbaycan Belarusdan ət və süd məhsulları idxal etmək niyyətindədir – iqtisadi inkişaf nazirinin müavini (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2008 14:59 (UTC +04:00)
Azərbaycan Belarusdan ət və süd məhsulları idxal etmək niyyətindədir – iqtisadi inkişaf nazirinin müavini (video)

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir A.Bədəlova / Cümə günü Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən Azərbaycan-Belarus biznes-forumunda bildirib ki, iki ölkə arasında mal dövriyyəsi potensialı artmaqdadır.

"Demək olmaz ki, tərəflər arasında mal dövriyyəsi istənilən səviyyədədir. Lakin ümumilikdə əlaqələrin inkişafı və strukturu göstərir ki, iki ölkə arasında mal dövriyyəsi potensialı artmaqdadır" - Səfərov bildirib.

Onun sözlərinə görə, 2006-cı ildə Azərbaycan və Belarus arasında mal dövriyyəsi 20 mln.$-dan bir qədər artıq olub. O bildirib ki, ixracın həcmi də çox deyil - 1 mln.$.

Səfərov qeyd edib ki, son zamanlar Azərbaycan və Belarus arasında əlaqələr əsasən ərzaq məhsullarının təhlükəsizliyinin təmin edilməsi səhəsində sürətlə inkişaf edir. Azərbaycanın Belarusdan idxal etmək istədiyi mallar əsasən süd və ət məhsulları, yağ və başqa məhsullardır.

Xəbər lenti

Xəbər lenti