Azərbaycan, Bakı, 11 yanvar/ " müxbir İ.Xəlilova, S.Əliyev/ Nazirlər Kabinetinin ölkənin 2007-ci ildə sosial-iqtisadi inkişafının nəticələri və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev 2008-ci ildə Azərbaycanda minimum əmək haqqının və pensiyaların artırılmasının davam etdiriləcəyini bildirib. 2008-ci il yanvarın 1-dən minimum əmək haqqı və minimum pensiyanın 20 faiz artırılaraq , 60 manata çatdırılmasına baxmayaraq, il ərzində artım davam etdiriləcək.
Hazırda Sosial Yardım Proqramı ilə 78 min ailə əhatə olunub. Orta hesabla, hər bir ailəyə dövlət tərəfindən verilən yardım təxminən 100 dollar səviyyəsindədir.
"Əlbəttə, biz Azərbaycanda bütövlükdə yoxsul təbəqənin olmamasını istəyirik və bu yöndə işlərimizi davam etdirirk. Lakin hələ də ehtiyac içində yaşayan insanlar var və dövlət onlara yardım əlini uzadır. Bu böyük vəsait tələb edir, lakin bu vəsaitlər ayrılır" -dövlət başçısı bildirib.
Prezidentin sözlərinə görə, yoxsulluqla mübarizə davam etdirilir Əgər 2003-cü ildə Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 49 faiz idisə, 2008-ci ilin yanvarın 1-nə bu göstərici 16 faizə düşüb.