Azərbaycan, Naxçıvan 16 yanvar / Trend müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasındakı mağaza və dükanlarda çörəyin qiyməti 10 və 20 qəpik bahalaşıb. Trend in bölgə müxbirinin məlumatına görə, muxtar respublikada vağzal çörəyi 30 qəpiyə, zavod çörəyi isə 40 qəpiyə satılır.
Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyindən çörəyin qiymətinin qalxmasında onların çəkilərinin artması əsas səbəb kimi göstərilir. Belə ki, vağzal və zavod çörəyi qiymət artımından öncə əvvəl 250-300 qram idisə, artıq vağzal çörəyinin çəkisi 360-400 qrama, zavod çörəyinin çəkisi isə 600-650 qrama çatdırılıb.
Bundan əvvəl Naxçıvanda hər iki növ çörəyin qiyməti 20 qəpik idi.