...

"İqtisadi Araşdırmalar Mərkəzi" 2007-ci ildə Azərbaycanda inflyasiyanın təqribən 30 faiz olduğunu bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2008 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar/ " , müxbir Ü.İsmayılova/ 2007-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi təqribən 29% , Bakıda 30,04% , regionlarda isə 27,58% olub. Bu barədə cümə günü "Alternativ inflyasiya metodologiyasının işlənilməsi" layihəsinin yekun konfransında İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu məlumat verib.

Onun sözlərinə görə, 2007-ci il ərzində ərzaq mallarında 28,12% (Bakıda-28,75% , regionlarda-27,33%) , qeyri-ərzaq mallarında 21,81% (Bakıda-23,43% , regionlarda-19,75%), xidmətlərdə isə 40,28% (Bakıda-41,91% , regionlarda-38,20%) qiymət artımı olub.

Dekabr ərzində inflyasiyanın səviyyəsi 3,31% (Bakıda 3,56% , regionlarda 2,98%) - ərzaq mallarında 3,81% (Bakıda 4,09% , regionlarda 3,45%) qeyri-ərzaq mallarında 2,73% ( Bakıda 2,98% , regionlarda 2,41%) , xidmətlərdə 2,71% (Bakıda 2,91% , regionlarda 2, 46%) artıb.

Xəbər lenti

Xəbər lenti