Gürcüstan, Tbilisi, 23 yanvar/ Trend , müxbir N.Kirtsxalia/ Gürcüstan baytarları qonşu Türkiyədə "quş qripi" haqqında xəbərlərdən narahatdırlar. Gürcüstanın Ərzaq və Bitkilərin Təhlükəsizlik Xidmətindən çərşənbə günü verilən məlumata görə, bu gün Tbilisidə baytarların xüsusi iclası keçiriləcək. İclasda bu virusdan qorunmaq üçün qabaqlayıcı tədbirlər planı hazırlanacaq.
İki gün əvvəl Gürcüstanın muxatariyyəti olan Acarıstanda "quş qripi" virusu qeydə alınıb. Lakin hakimiyyət karantin tədbirləri ilə qısa müddətdə onu ləğv edə bilib.
Ötən il Gürcüstanın Türkiyə ilə sərhədində dezobaryerlər təşkil olunmuşdu. NBM-də nəqliyyat vasitələrini dezinfeksiya edən baytarlar növbətçilik edirdilər.