...

Qafqaz Qazaxıstandan yüklərin daşınmasında prioritet istiqamətlərdən biri olacaq – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2008 16:32 (UTC +04:00)
Qafqaz Qazaxıstandan yüklərin daşınmasında prioritet istiqamətlərdən biri olacaq – səfir

Qazaxıstan, Astana,06 fevral/ Trend , müxbir K.Konırova/ Qafqaz Qazaxıstan üçün neft nəqli dəhlizlərinin diversifikasiyası, Qara dəniz limanlarından istifadə etməklə, qaz və buğda kimi Qazaxıstanın dünya bazarlarına çıxardığı əsas ixrac mallarının nəqli üçün prioriet istiqamətlərdən biri olacaq. Bu barədə Trend -ın xüsusi müxbirinə Gürcüstanın Qazaxıstandakı Fövqəladə və səlahiyyətli səfiri Zurab Şurqaiya məlumat verib.

"Mən sizin prezidentin müraciətini birinci dəfə eşitmirəm və qeyd etmək istəyirəm ki, onun hər dəfə öz nitqində qeyd etdiyi proqram sizin respublikanın gələcək inkişafı üçün bir çoxlu yeniliklər və yeni istiqamətləri özündə birləşdirir", - gürcüstanlı diplomat Nursultan Nazarbayevin Qazaxıstan xalqına illik müraciətinin başa çatmasından sonra öz təəssüratını bölüşüb.

Səfir, Qazaxıstan liderinin öz çıxışında xatırlatdığı iri nəqliyyat layihələrinin reallaşdırılması üzrə planların onu daha çox maraqlandırdığını qeyd edib. Söhbət neçə əsr əvvəl Qafqazdan keçən Böyük İpək Yolunun marşrutunu təkrarlayacaq "Qərbi Avropa-Qərbi Çin" transkontinental dəhlizin bu il reallaşdırılmasından gedir.

Diplomat Gürcüstan üçün Qazaxıstanın beynəlxalq bazarlara çıxışı üzrə nəqliyyat strategiyasına belə yanaşmasının çox vacib olduğunu hesab edir. Böyük potensiala malik ölkənin belə yanaşması ikiqat vacibdir.

Gürcüstan səfiri tərəfindən qeyd edilən anlardan biri prezidentin bəyan etdiyi yeni "Avropaya Yol" Proqramına aid olub. "Keçmiş SSRİ ölkələri üçün Qazaxıstanın 2010 -cu ildə ATƏT-in sədri olacağı faktı, artımı təqlid etməyə yaxşı nümunə və stimuldur", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti