Azərbaycan, Bakı, 07 fevral / " , müxbir Ü.İsmayılova / 2007-ci ildə Azərbaycanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Komitəsi təxminən 5 min dövlət obyekti və müəssisənin inventarlaşmasını aparıb, cümə axşamı Komitənin yaydığı məlumatda deyilir.
Məlumatda deyilənə görə, ötən il aparılan dövlət obyektlərinin inventarlaşması 3 mln. kvadrat metr və 45 mln. kvadrat metr dövlət torpağını əhatə edib.
İnventarlaşma nəticəsində Komitə dövlət obyektlərinə və torpaqlarına təxminən 2,5 min texniki pasport verib.