...

Azərbaycanda kənd sakinləri donuzların məhvinə görə kompensasiya tələb edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2008 14:45 (UTC +04:00)
Azərbaycanda kənd sakinləri donuzların məhvinə görə kompensasiya tələb edirlər

Azərbaycan, Bakı, 09 fevral/ Trend , müxbir E.Quliyev/ Azərbaycanın Qəbələ rayonunun (Bakıdan 250 km məsafədə yerləşir) Nic kəndinin sakinləri Kənd Təsərrüfatı Nazirliyinin "afrika taunu"na görə donuzların kütləvi məhvi haqqında qərarından narazıdırlar. Bu barədə şənbə günü kəndin baş baytarı Semik Balasanov məlumat verib.

"Bu gündən kənddə "afrika taunu"nun yayılma arealının qarşısının alınması üçün donuzların kütləvi məhvinə başlanılıb. Yerli sakinlər Kənd Təsərrüfatı Nazirliyindən kompensasiya tələb edilər. Belə ki, donuzçuluq onların əsas gəlir mənbəyidir" - o bildirib.

Baytarın sözlərinə görə, yaxın 10 gündə 3,5 min donuz məhv ediləcək. Kənddə "afrika taunu"na yoluxma səbəbindən artıq 250 donuz ölüb. Kənd ərazisində təsərrüfatlarda ümumilikdə 4,6 min baş donuz saxlanılır.

Kənd təsərrüfatı naziri İsmət Abbasovun əvvəllər verdiyi məlumata görə, Qəbələ rayonu ərazisi "afrika taunu"na görə nəzarət altındadır.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq Xidməti yanvarın 28-də "afrika taunu"na qarşı Nic kəndində karantin elan edib. Bu, Azərbaycan ərazisində "afrika taunu" ilə bağlı ilk faktdır.

Donuzların "afrika taunu" (Pestis africana suum) - retikul-edotelial sistemin yoluxması ilə xarakterizə edilən kəskin virus xəstəliyidir. Təbii yoluxma sağlam donuzların xəstə və virus daşıyıcları olan donuzlarla təması zamanı baş verir. İnfeksiya yem, otlaq, nəqliyyat vasitəsilə yayıla bilər. İnkubasiya dövrü 2-5 gündür. Müalicə hələ ki, tapılmayıb. Xəstəlik çox sürətlə yayıla bilmək qabiliyyətinə malik olduğu üçün profilaktik tədbirlər xəstə olması güman edilən heyvanların ciddi izolyasiyasına yönəlib.

2007-ci ildə virus Gürcüstan və Ermənistanda aşkar edilib. Bu gün həmin ölkələrdə "afrika taunu"nun yaranması səbəbindən Azərbaycanda oradan donuzların alınmasına ötən il iyunun 7-də qoyulan qadağa qüvvədədir. Münaqişə səbəbindən Ermənistanla heç bir iqtisadi əlaqə yoxdur.

Ölkədə donuzçuluq təsərrüfatları Zaqatala, Şəki, Balakən, Gəncə və Bakı ətrafında mövcuddur.

Xəbər lenti

Xəbər lenti