...

Azərbaycanın iri özəl bankının aktivləri 11 mln. manata qədər azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2008 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / " Azərbaycanın iri özəl bankı - "Bank Standard" yanvar ayı ərzində fəaliyyətinin yekunlarını açıqlayıb. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında bildirilir.

2008-ci il yanvarın 31-nə olan vəziyyətə görə, bankın aktivlərinin ümumi həcmi 597,6 mln. manat (707,1 mln. ABŞ dolları) təşkil edib. Bu göstərici yanvar ayı ərzində 11,0 mln. manat (13,0 mln. ABŞ dolları) və ya 2 faiz azalıb.

Yanvar ayı ərzində bank tərəfindən verilən kreditlərin həcmi 413,9 mln. manat (489,8 mln. ABŞ dolları) təşkil edib. Beləliklə, yanvar ayı ərzində kredit portfeli 9,7 mln. manat (11,5 mln. ABŞ dolları) və ya 2 faiz artıb.

Yanvar ayının sonuna müştəri hesablarında olan vəsaitlərin həcmi 245,3 mln. manat (290,3 mln. ABŞ dolları) təşkil edib. Bu göstərici son bir ay ərzində 12,7 mln. manat (15,0 mln. ABŞ dolları) və ya 5 faiz azalıb.

Fiziki və hüquqi şəxslərdən cəlb edilmiş müddətli depozitlərinin həcmi 185,9 mln. manat (220,1 mln. ABŞ dolları) təşkil edib. Bu göstərici yanvar ayı ərzində 1,5 mln. manat (1,7 mln. ABŞ dolları) və ya 1 faiz artıb.

Yanvarda bankın vergi ödənildikdən sonra mənfəəti 1,3 mln. manat (1,5 mln ABŞ dolları) təşkil edib.

Hesabat dövründə bankın məcmu kapitalı 1,5 mln. manat (1,8 mln. ABŞ dolları) və ya 2 faiz artaraq, uanvarın sonunda 74,4 mln. manat (88,0 mln. ABŞ dolları) təşkil edib.

Xəbər lenti

Xəbər lenti