...

Dövlət Agentliyi satışına qadağa qoyulan İran qaz sobalarının idxal yollarını aydınlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2008 19:38 (UTC +04:00)
Dövlət Agentliyi satışına qadağa qoyulan İran qaz sobalarının idxal yollarını aydınlaşdırır

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir S.Babayeva/ Son zamanlar Azərbaycanda məişət qazından zəhərlənmə halları abunəçilərə verilən qazın keyfiyyəti ilə əlaqədar deyil. Bu barədə cümə günü Xəzər İnteqrasiya İşgüzar Klubunun görüşündə (CIBC) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Baş direktoru Ramiz Həsənov bildirib.

"Azərbaycan qazının kaloriliyi kifayət qədərdir və onun tərkibi əladır. Qazın keyfiyyətinə heç bir şübhə yoxdur və o, zəhərlənməyə səbəb olmur" - deyə o bildirib.

"Azəriqaz" QSC də Azərbaycan Dövlət Neft Şirkətinin QSC sisteminə tədarük etdiyi qazın məişət abunəçilərinin istifadə standartlarına tam müvafiq olduğunu təsdiq edir.

"Azəriqaz"ın məlumatına görə, yanvar ayında Azərbaycanda qaz ilə bağlı 40-dan çox hadisə qeydə alınıb. Bu hadisələr nəticəsində 16 nəfər ölüb, 49 nəfər müxtəlif xəsarətlər alıb. Hadisələrin ümumi sayından 6 -da məişət qazının partlaması, 36-da dəm qazından zəhərlənmə qeydə alınıb.

QSC-də hesab edirlər ki, hadisələrə qaz cihazlarından düzgün istifadə olunmaması və mənzillərdə ventilyasiya sistemi ilə bağlı problemlər səbəb olur.

Həsənov bildirib ki, Azərbaycan bazarında keyfiyyətsiz qaz cihazları mövcuddur və bununla əlaqəlar hazırda satışına qadağa qoyulan, İran istehsalı olan sobaların ölkəyə hansı formada gətirilməsi aydınlaşdırılır.

"Bu sobalar Azərbaycana bizim vasitəmizlə (Dövlət Agentliyi) gəlməlidir, belə ki, biz onları sertifikatlaşdırmalıyıq. Lakin biz onu etməmişik və onların bura (Azərbaycana) necə gəlməsi məlum deyil" - deyə Dövlət Agentliyinin rəhbəri bilidirib.

Dövlət Agentliyinin sertifikatlaşdırması iki yolla - test etmə üsulu və ya istehsalçı ölkə sertifikatının tanınması yolu ilə həyta keçiirilir. İran istehsalı olan sobalar Azərbaycan hökuməti tərəfindən müəyyən olunan, sertifikatlaşdırılması mütləq olan mallar siyahısına daxildir.

"Bizim qiymətləndirməmizə görə, bu sobalar ölkədə çox satılıb. Onları istehlkçılardan geri almaq asan olmayacaq" - deyə Həsənov vurğulayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: Sabina@

Xəbər lenti

Xəbər lenti