...

Azərbaycanın iri sığorta şirkəti "VİP-xidmət"i təqdim etməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2008 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir Ü.İsmayılova / Azərbaycanın iri sığorta şirkətlərindən biri - "MBASK" "VİP-xidmət" - yeni xidmət növu həyata keçirməyə başlayıb - bazar ertəsi şirkətin müştəri xidmətləri şöbəsinin başçısı Natəvan Əlimərdanova deyib.

"Xidmət sığortanın klassik növləri bazasında yaradılıb və müştərilərin xüsusi istəkləri ilə formalaşır" - Əlimərdanova deyib.

"VİP-xidmət"in fərqləndirici xüsusiyyəti - hər müştəriyə fərdi yanaşma, maksimal qısa müddətli xidmət, iddiaya baxılması və ziyanın ödənilməsi prioritetlərinin olmasıdır.

VİP statusunu alan müştərilər sığortanın bir çox növü üzrə müəyyən güzəştlərə malik ola bilərlər.

"Biz əminik ki, "VİP-xidmət"in tətdiq edilməsi bizim xidmətin keyfiyyətini artıracaq və bütün müştərilərimizin tələblərini daha dəqiq ifadə etmək və onların vəziyyətlərinə maksimal operativliklə reaksiya vermək ikanı yaradacaq" - Əlimərdanova deyib.

Azərbaycanın sığorta bazarında 1992-ci ildən fəaliyyət göstərən "MBASK" 29 növ sığorta xidməti göstərir, onun dördü icbaridir. Şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edir. Şirkətin əsas səhmdarı 2005-ci ildə "MBASK"ın səhmlərinin 30 faizini əldə edən AYİB-dir.

Xəbər lenti

Xəbər lenti