...

Azərbaycanda minimal əmək haqqına ildə iki dəfə, bəzən daha çox yenidən baxılacaq - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2008 19:31 (UTC +04:00)
Azərbaycanda minimal əmək haqqına ildə iki dəfə, bəzən daha çox yenidən baxılacaq - ekspert

Azərbaycan, Bakı, 21 fevral / Trend / Hazırda Azərbaycanda heç kimin əməyi rəsmi təyin edilən minimal əmək haqqı 60 manatdan ($71) aşağı ödənilə bilməz. Axı öz təyinatına görə, minimal əmək haqqı - sosial təminat və əməyin ödənilməsinin aşağı həddidir. Lakin Azərbaycanda bu göstərici əməyin ödənilməsinin aşağı həddi kimi olsa da, insanın minimal və lazımi təminatı rolunda çıxış etmir. AR-ın "2008-ci ildə yaşayış minimumu haqqında" Qanununa əsasən, bu il aylıq yaşayış minimumu 70 manat ($83) təşkil edir.

Hazırda Azərbaycanda minimum əmək haqqı orta aylıq əmək haqqı səviyyəsinin 26 faizini təşkil edir. Avropa sosial Xartiyasının şərtlərinə əsasən, onu təsdiq edən ölkədə minimum əmək haqqı, orta aylıq əmək haqqının ən azı 60 faizini təşkil etməlidir. Avropa Şurasına daxil olandan sonra, Azərbaycan xartiya üzrə ölkə vətəndaşlarının sosial təminatı şərtlərinə riayət ətmək öhdəliyini üzərinə götürüb. Xartiya, AŞ- nın üzvü olan ölkələrdə əhalinin sosial müdafiəsinin əsas alətidir.

Lakin inflyasiya səviyyəsinin artım qorxusu, Azərbaycan hökumətinə əmək haqqını birdən və daha çox artırmağa imkan vermir. Ötən illərin analizi göstərir ki, Azərbaycanda minimum əmək haqqının artırılması dövlət büdcəsinin imkanları ilə korrelyasiya edilir. Belə ki, 2001-ci ildən 2007-ci ilədək Azərbaycanın dövlət büdcəsi 7,6 dəfə artıb, minimum əmək haqqının səviyyəsi isə, 10 dəfədən çox artıb. Beləliklə,növbəti illərdə dövlətin imkanları gücündə, minimum əmək haqqına yenidən və tez-tez baxılacaq: ildə iki dəfə, bəzən də daha çox.

Ellada Xankişiyeva, Trend analitik mərkəzin eksperti

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti