...

Rusiya buğda ixracına yüksək rüsumun tətbiqi müddətini uzada bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Fevral 2008 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend / Rusiya 2008-ci il aperlin 30-dan iyulun 1-dək buğda və arpa ixracına yüksək rüsumun tətbiqi müddətini uzada bilər. Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi müvafiq təklif hazırlayıb, yaxın günlərdə o, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin müzakirəsinə təqdim ediləcək, - Rusiyanın kənd təsərrüfat naziri Aleksey Qordeyev deyib, - dövlət idarəsinin mətbuat xidməti xəbər verir.

Onun sözlərinə görə, qadağa rüsumunun qüvvədə qalması müddətinin uzadılması, "daxili bazarda taxıl ehtiyatının kifayət səviyyədə olmasını təmin edəcək, həmçinin Rusiya bazarlarının Dünyanın taxıl bazarlarında qiymət sıçramalarından müadafiə olmasına imkan yaradacaq".

Rusiyada buğda ixracına artırılmış rüsum 2008-ci il yanvarın 29-dan tətbiq edilib, onun həcmi, bir tona 22 avrodan az olmamaqla, gömrük dəyərindən 10 faizdən, bir tona 105 avrodan az olmamaqla, 40 faizə çatıb.

Qazaxıstan və Rusiyada istehsal olunan taxılın qiymətinin artması ilə əlaqədar, Azərbaycan hökuməti ötən il ölkəyə taxıl idxalına ƏDV-ni ləğv edib. Bu, çörək istehsalçılarının taxılın bir tonünü $50 ucuz almağa imkan yaradıb.

Bu il Azərbaycanda taxıl istehsalının 2,5 mln. tonadək artırılması gözlənilir, çünki buğdanın əkin sahəsi 130 min ha artaraq, 601 min ha təşkil edib.

Taxıl ixracı 700-800 min ton həcmində proqnozlaşdırılır. Ötən il ölkəyə 1,411 min ton taxıl gətirilib.

2007-ci ildə Azərbaycanda 2 mln. ton dənli bitkilər istehsal edilib, bunun 1,3 mln. tonu ərzaq taxılının payına düşüb. Ölkənin ərzaq taxılına olan təlabatı 1,5 mln. ton, ümumilikdə isə - 3 mln. ton təşkil edir.

Xəbər lenti

Xəbər lenti