Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir S.Əliyev/ "bmi" aviaşirkəti güzəştli qiymətlərlə bilet satışının müddətini uzadıb,- bu barədə şirkətdən verilən məlumatda qeyd olunub. Bu biletlərin satış müddəti 31 marta qədər uzadılıb (əvvəl bu müddətin fevralın sonunda bitməsi nəzərdə tutulmuşdu).
Şirkətdən verilən məlumatda deyilir ki, şirkət Bakı-London marşrutu üzrə biznes-klassda biletlərin qiymətini yanvarın 24 -dən iyunun 30 - dək 28,51 faiz azaldaraq, 356 avro həcmində müəyyən edib.
"bmi" Bakıdan Londonun Xirou aeroportuna uçuşlar təşkil edir. Güzəştlər aviaşirkətin Xitroudan olan digər marşrutlarına da tətbiq edilir.