...

Azərbaycan Rusiyanın bölgələrilə əməkdaşdığı gücləndirir - RF -nin ticarət nümayəndəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2008 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir İ.Xəlilova / 2008-ci ildə Azərbaycan və Rusiya arasında ticarət - iqitsadi və investisiya əlaqələrinin genişləndirilməsilə bağlı RF-nin bölgələri ilə əməkdaşlığa böyük əhəmiyyət verilir. Bu da ticarət dövriyyəsini 2 mlrd. dollardan çox artırmağaimkan verəcək.

Azərbaycan -Rusiya İşgüzar Əməkdaşlıq Palatası bu il əməkdaşlıq imkanlarını araşdırmaq üçün Ural federal mahalına ilk səfərini edib. Azərbaycan nümayəndələri Kurqan, Çelyabinsk və Sverdlovsk vilayətlərində olub.

Ticarət nümayəndəsinin sözlərinə görə, Ural müəssisələri nəqliyyat şəbəkəsi, dəmiryolu infrastrukturu, tikinti materialları (boru- prokat) və yol texnikasının təkmilləşdirilməsi üzrə milli proqramlar çərçivəsində tədarüklə maraqlanıb. Onlar Azərbaycanın meyvə-tərəvəz məhsulları ilə də maraqlanıblar.

2006-cı ilin sentyabrında "Uralvaqonzavod"un rəhbərliyinin Bakıya səfərində dəmiryolu vasitələri və digər texnikanın tədarükü, əsaslı təmir aparılması ilə bağlı tenderlərdə iştirak üzrə razılaşma əldə olunub. "Ural Treyd" şirkətinin vitse-prezidenti Elxan Bağırovun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin səfəri zamanı bu məsələ yenidən qaldırılıb.

Bağırovun dediyinə görə, Tuqan vilayətinin Azərbaycana fəal şəkildə meşə, kənd təsərrüfatı məhsulları tədarük edən işgüzar dairələrinin nüumayəndələri Azərbaycandan şərab məhsullarının ixracına da maraqlı olduqlarını bildiriblər.

Qarşılıqlı əməkdaşlığın inkişafında marağı nəzərə alaraq, RF və AR ticarət nümayəndəliyi bu il Ural federal mahalı ilə mal dövriyyəsinin bir neçə dəfə artacağını gözləyir. 2006-cı ilin 110 mln. dollarına qarşı bu il göstərici təxminən 300 mln.dollar ola bilər. Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının nümayəndəsi İntiqam Hüseynovun fikrincə, ticarət-iqtisadi əməkdaşlıq haqqında 2006-cı ildə imzalanmış müqavilə bunun üçün böyük stimuldur.

Azərbaycan və Rusiya arasında ticarət münasibətlərində artım 2008-ci ilin yanvarında 7 faizi təşkil edib.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti