...

Əmək Müfəttişliyi Azərbaycanda özəl KİV-də iş şəraitini yoxlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2008 19:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / " müxbir Ü.İsmayılova/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi ilin ikinci rübündən başlayaraq, özəl KİV-də iş şəraitinə dair monitorinqlər keçirəcək, cümə axşamı Müfəttişliyin rəhbəri Nəbi Şükürlü bildirib.

"Müfəttişlik bütün özəl televiziya və informasiya Agentliklərini yoxlayacaq" - Şükürlü deyib.

Azərbaycanda 17 özəl televiziya və 9 özəl informasiya Agentliyi fəaliyyət göstərir.

Şükürlünün sözlərinə görə, monitorinq KİV əməkdaşları üçün yaradılmış iş şəraiti, eləcə də əmək müqavilələrinin bağlanması və əmək haqlarının məbləğinin göstərilməsi üzrə keçiriləcək.

"KİV əməkdaşlarının hüquqlarının pozulması halları aşkar edildiyi halda, şirkət rəhbərləri 3 min manatdan 27 min manatadək cərimələnəcəklər" - Şükürlü deyib.

Müəlliflə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti