...

Ukraynanın Nazirlər Kabinetində Timoşenkonun Bakıya səfəri haqqında məlumatı təsdiqləməyiblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2008 19:32 (UTC +04:00)

Ukrayna, Kiyev, 12 mart/ " müxbir Z.Novosvitski/ Ukraynanın Nazirlər Kabineti ölkənin Baş naziri Yuliya Timoşenkonun martın sonunda Azərbaycana səfəri haqqında məlumatı təsdiqləməyib.

"Protokolda martın sonu üçün belə səfər planlaşdırılmayıb. Belə səfər haqqında mənə heç bir şey məlum deyil", - Ukrayna Baş nazirinin mətbuat katibi Marina Soroka Trend -a bildirib.

Ukrayna Ali Radasının deputatı Andrey Şkil əvvəllər Bakıda Ukrayna Baş naziri Timoşenkonun Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Azərbaycanın Ukraynadakı səfirliyindən bildiriblər ki, hazırda Ukrayna Baş nazirinin Azərbaycana səfərinə hazırlıq üzrə iş aparılmır.

Məqalə müəllfinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti