...

"Azerigazbank" kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2008 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Azerigazbank" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Bu barədə Bakı Fond Birjasının (BFB) bazar ertəsi yayılan məlumatında bildirilir.

Emissiyanın həcmi 3.000.000 AZN təşkil edir, bir səhmin nominal dəyəri 2 AZN.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edən təşkilat: "Standard Capital" MMC-dir.

Xəbər lenti

Xəbər lenti