...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2008 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart/ Trend / Martın 17-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10501220S saylı dövlət qeydiyyatından keçmiş, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında bildirilib.

Sifarişlər 3 investor tərəfindən təqdim olunub və onların həcmi nominal üzrə 10 172 800 AZN təşkil edib. Sifarişlər 90.09% (gəlirlik 11.00%) və 90.10% (gəlirlik 10.99%) qiymət intervalında təqdim edilib.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 90.09% (gəlirlik 11.00%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. Orta ölçülmüş qiymət - 90.09% (gəlirlik 11.00%) təşkil edib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 000 000 manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 17 Mart 2009-cı ildir.

Xəbər lenti

Xəbər lenti