...

Müstəqil Dövlətlər Birliyinin vahid iqtisadi modelini yaratmaq lazımdır – MDB-nin icraçı katibi (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2008 14:03 (UTC +04:00)
Müstəqil Dövlətlər Birliyinin vahid iqtisadi modelini yaratmaq lazımdır –  MDB-nin icraçı katibi (video)

Azərbaycan, Bakı, 18 mart / " ", müxbir K.Ramazanova/ MDB ölkələrinin vahid iqtisadi modelini yaratmaq lazımdır. Bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə Birliyin icraçı katibi Sergey Lebedev bildirib.

"Bu, ölkələrin qarşılıqlı bazara daxil olması üçün daha əlverişli şəraitin yaranmasına kömək edəcək" - deyə Lebedev bildirib.

Onun sözlərinə görə, MDB ölkələrində satılan bir çox mallar qərb bazarları üçün əlçatmazdır, lakin onlara tələbat var.

Lebedev bildirib ki, bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı o, Moskvada Azərbaycan məhsullarına tələbət məsələsinə toxunub.

Onun sözlərinə görə, bu məsələ MDB-nin İqtisadi Şurasının aprel ayında keçiriləcək növbəti iclasında müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti