...

Azərbaycan iqtisadiyyata Fars körfəzindən investistorlar cəlb etmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2008 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir S.Babayeva / Birinci yarımildə "Azərbaycanın İnvestisiya Şirkəti" SC(AİK) İslam İnkişaf Korporasiyası ilə birgə yaratdığı özəl sektorun Xəzər Beynəlxalq İnvestisiya Şirkətinə (CİİC) investisiyaların cəlb edilməsi üçün, Fars körfəzi ətrafı ölkələrinə səfər təşkil etməyi planlaşdırır. Bü barədə çərşənbə günü AİŞ-in icraçı direktoru Anar Axundov məlumat verib.

"Biz onları Azərbaycanla tanış etmək, dövlət və özəl sahələrlə görüşlər təşkil etmək istəyirik"- deyə o bildirib.

"Bizim məqsədimiz təkcə yeni şirkətin (CİİC) investisiyası deyil, həm də yeni investisiyalar cəlb etmək, maliyyə xidmətləri göstərməkdir" -AİŞ-in rəhbəri deyib.

Axundovun sözlərinə görə, CİİC-in işləyəcəyi ilkin layihələr hazırdır. Hazırda yeddi layihə nəzərdən keçirilir ki, onların dəyəri TİƏ-dən sonra məlum olacaq. Layihələr loqistika, kommersiya daşınmaz əmlakı, kənd təsərrüfatı məhsullarının (yetişdirilmə, çeşidləndirmə, meyvələrin qablaşdırılması) təkrar emalı sahələrini əhatə edir.

CİİC -menecmentinin körfəz ölkələrində "road show"sunu keçirmək planlaşdırılır.

Axundov qeyd edib ki, CİİC-in qeydiyyat məsələsi bu həftə həll edilə bilər.

AİŞ-dən fərqli olaraq, CİİC investisiyalaran minimal tələblərini ortaya çıxartmır və kifayət qədər çevik sistemə malikdir. Hazırda layihənin maksimal dəyəri 10 mln. dollar məbləğində qiymətləndirilir, lakin CİİC-in Nəzarət Şurasının qərarı ilə bu məbləğ arta bilər.

Xəbər lenti

Xəbər lenti