...

Azərbaycanın sığorta bazarında xarici sərmayədarların olması inkişafa stimul verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2008 18:02 (UTC +04:00)
Azərbaycanın sığorta bazarında xarici sərmayədarların olması inkişafa stimul verəcək

Azərbaycan, Bakı, 02 aprel/ " müxbir Ü.İsmayılova/ Azərbaycanın sığorta bazarında 100 faiz xarici kapitala malik şirkətlərin olması yerli bazarın inkişafına stimul verəcək. Bu barədə Azərbaycanın iri sığorta şirkətlərindən biri olan Standard Insurance-ın idarə heyətinin sədr müavini Aydın Rəhmanov məlumat verib.

"Bazarda böyük imkanlara malik şirkətlərin olması yerli şirkətləri inkişaf etməyə məcbur edəcək", - Rəhmanov bildirib.

Martın 15-də Azərbaycanda "Sığorta fəaliyyəti haqqında" yeni Qanun qüvvəyə minib və bu Qanuna əsasən, əcnəbi sərmayədarların yerli şirkətlərin kapitalında iştirak etməsinə olan 49 faizlik limit ləğv edilib.

Azərbaycanda qismən əcnəbi kapitalın iştirak etdiyi dörd sığorta şirkəti fəaliyyət göstərir.

"Fərq onda olacaq ki, əgər indi yerli iri şirkətlər bazar üçün qaydaları diktə edir və öz inkişaflarında ləngiyirlərsə, onlar göstəricilərini pisləşdirməmək üçün daha da inkişaf edəcəklər", - Rəhmanov bildirib.

Azərbaycanın sığorta bazarında 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir. 2007-ci ilin yekunları üzrə şirkətlərin ümumi yığımlarının həcmi 147,2 mln. manat təşkil edib. Ödəmələr 25,62 mln. manat olub. 2007-ci ilin yekunlarına görə, sığorta bazarının liderlər onluğuna sığorta məbləğləri 5 mln.-dan 20 mln manatadək olan şirkətlər daxildirlər. 2007-ci il ərzində ən aşağı göstərici 0,06 mln. manat olub. Yığımların həcminə görə, ən iri və ən zəif şirkət arasında təqribən 350 dəfə fərq olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti